Əsas Səhifə > Əsas xəbərlər > Qarabağda ildırımsürətli MÜHARİBƏ ssenarisi:
Qarabağda ildırımsürətli MÜHARİBƏ ssenarisi:13-03-2016, 18:40 |
“Ermənistan Azərbaycanın Dağlıq Qarabağda müharibəyə başlayacağından qorxur”. Publika.az xəbər verir ki, bu barədə “Arqumentı i faktı” nəşri yazıb. Nəşr qeyd edir ki, Serj Sarkisyan Moskvada Putinlə görüşündə bu narahatlığını dilə gətirib. Rusiyalı politoloq Sergey Markedonov da Qarabağda müharibə riskinin artdığını bildirib: “Əgər Ermənistan-Azərbaycan müharibəsi baş verəcəksə, o zaman KTMT İrəvanı dəstəkləməlidir. Lakin təşkilat daxilindəki vəziyyət bunun əksini göstərir”. Ermənistan mediası yazır ki, Rusiyanın başının Yaxın Şərq və Ukraynaya qarışması onun diqqətini Qarabağdan yayındırır. “Moskva əvvəlki iqtisadi gücdə də deyil. Bu isə Türkiyə və Azərbaycana şərait yaradır. Əgər müharibə olacaqsa, Rusiya Ermənistanı dəstəkləmək gücündə olmayacaq. Bu isə Azərbaycanın qələbəsi deməkdir. Bununla yanaşı, mövcud situasiyada Qərb də Azərbaycanın yanında görünür. Bizim hökumət isə hələ də Rusiyadan ona xeyir gəlməyəcəyini anlamaq istəmir”, - deyə düşmən ölkənin “mamul.am” kimi müxalif saytları Sarkisyanı tənqid edib. Geri qayıt |