Əsas Səhifə > Əsas xəbərlər > DAHA BİR MƏMURUN ADI DƏLƏDUZLUQ OLAYINDA –
DAHA BİR MƏMURUN ADI DƏLƏDUZLUQ OLAYINDA –16-03-2016, 11:40 |
Məleykə Abbaszadə də Hicran Hüseynova kimi çətin vəziyyətdə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) sədri Məleykə Abbaszadənin başının üzərini qara buludlar alıb. TQDK-nın mətbuat xidmətinin keçmiş rəhbəri Elnur Nağızadənin adı hallanan 150 min dollarlıq qalmaqal Məleykə Abbaszadəni də çətin vəziyyətə salıb. Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal Ibrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar. Amma maraqlıdır ki, Elnur Nağızadənin qohumları bu məsələdə Məlekə Abbaszadəni günahlandırır. Azadlıq.info-nun məlumatına görə, onun əmisi Tahir Nağıyev TQDK sədrini ittiham edərək dediklərini yaxın günlərdə keçirəcəyi mətbuat konfransında əsaslandıracağını bildirib. Bu iş Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın adı keçən 170 min dollarlıq qalmaqalı xatırladır. Yada salaq ki, sözügedən komitənin sabiq aparat rəhbəri Səfər Imanov Eynur Kərimov adlı vətəndaşdan işə düzəltmək adı ilə 170 min dollar alaraq qaytarmayıb. Lakin bu məsələdə Səfər Imanov əsas fiqur deyil. O, sadəcə vasitəçi olub. Həmin pul isə Hicran Hüseynovaya verilib. Bunu biz yox, Səfər Imanov özü iddia edir. Eynur Kərimovun vəkili Adəm Məmmədov hətta bu məsələ ilə bağlı Səfər Imanovun səs yazısını da ictimailəşdirib. AzerTaym.az Geri qayıt |