Əsas Səhifə > Əsas xəbərlər > Külli miqdarda xarici markalı siqaretlər

Külli miqdarda xarici markalı siqaretlər


29-03-2016, 22:03

DÖVLƏT GÖMRÜK KOMİTƏSİ Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan siqaretlərin realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri ərazisində Azərbaycan Respublikası vətəndaşına məxsus minik avtomobili saxlanılaraq nəqliyyat vasitəsinə baxış keçirilib. Həmin avtomobildən Belarusiya və Gürcüstan Respublikalarının aksiz markaları ilə markalanan külli miqdarda “NZ”, “Marlboro”, “Pirveli”, “Parliament”, “Kent”, “Corset”, “Winston” adlı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

"AzerTaym.az"


Geri qayıt