Sürücülük vəsiqələrinin verilmə qaydaları dəyişdirildi- YAŞ HƏDDİ QALDIRILDI

suruculuk

Sürücülük vəsiqələrinin verilmə qaydaları dəyişdirildi.

Gununsesi. info xəbər verir ki, parlamentin  payız sessiyasının ilk plenar iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər məsələsi müzakirə olunub.
Qanuna dəyişikliklər barəsində parlamentariləri məlumatlandıran Hüquq siyasətivə dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu dəyişikliklərə əsasənnəqliyyat idarəetmə vasitələrinə sürücülük vəsiqəsinin verilməsində  yaş həddinin artırılması nəzərdə tutulur. Belə ki, qanunda  nəzərdə tutulduğu kimi  “B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək  istəyənlər sürücülük vəsiqəsini 19 yaşında əldə edə bilərlər. Bu vəsiqəni əldə edəcək şəxslərin təcrübəsi isə  bir ildən az olmamalıdır.
 “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 21 yaşdan yuxarı şəxslərə veriləcək və C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamalıdır.
“D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 23 yaşdan 65 yaşadək olan şəxslərə veriləcək. Bu şəxslərin də avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az  olmamalıdır.
“DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 26 yaşdan 65 yaşadək olan vətəndaşlara veriləcək.
“D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamalıdır.
Qanunda nəzərdə tutulan dəyişikliklərə görə, 65 yaşından yuxarı şəxslərə  sərnişindaşıma nəqliyyat vasitələrini idarə etmək hüququ verilməyəcək.
Müzakirələrdən sonra qanuna dəyişikliklər qəbul edildi.






Fikirlər