Gizir Əliyev mayor Həsənovu belə GÜLLƏLƏDİ

Gizir Əliyev mayor Həsənovu belə GÜLLƏLƏDİ

Bu il yanvarın 27-də Rusiyanın Komi muxtar respublikasındakı 31 saylı islah-əmək düşərgəsinin işçisi, praporşik Ş.Əliyevin həmkarı, mayor Xəlil Həsənovu necə güllələdiyinə dair istintaq tərəfindən yayılmasına qadağa qoyulmuş videokadrlar mətbuata sızıb.

Virtualaz.org xəbər verir ki, bu kadrlar life.ru-nun əlinə keçib. 
Kadrlardan görünür ki, səhər saat 9 radələrində Həsənov öz avtomobili ilə iş yerinə-həbsxanaya gəlir. Həmin vaxt həbsxananın qapısı ağzında gözləyən Əliyev onu görür, avtomatı atəşə hazır vəziyyətə gətirir və mayorun avtomobilin tərəf qaçır. Həsənov bunu görüb avtomobilin arxasında gizlənməyə çalışır, ancaq Əliyev onu haqlayır və avtomatdan bir neçə atəş açır. Düşməninin öldüyünə əmin olandan sonra Əliyev özünü avtomatın süngü-bıçağı ilə yaralayır, ancaq bir neçə saniyə sonra intiharın baş tutmadığını görüb avtomatı ürəyinə dirəyir və atəş açır.
Bu hadisə nəticəsində mayor Həsənov hadisə yerində ölüb, Əliyev isə yaralı halda xəstəxanaya aparılıb və orada keçinib. 
Mayor Həsənov
Xatırladaq ki, Komidə iki azərbaycanlı zabitin arasında baş vermiş bu faciəli hadisə haqda virtualaz.org geniş yazıb. Onlar hələ 90-cı illərin əvvəllərindən dost olublar. Lakin Əliyev 2015-ci ildə dövlət hesabına mənzil alandan sonra münasibətləri korlanıb. "Əliyev həyatda çox xəsis adam olub. Görünür bu səbəbdən evi alandan sonra arvadına deyib ki, evi satacaq, onu və iki uşağını atacaq, pulu götürüb Azərbaycana gedəcək. Həsənov isə bu ailənin dostu kimi Əliyevi inandırmağa çalışıb ki, bu hərəkətindən daşınsın. Arvadını atmasın, ailəni dağıtmasın. Nəticədə onlar arasında mübahisə başlayıb. Həsənovun isə onun arvadı Kamilə ilə münasibətləri  yaranıb. Qətl də bu səbəbdən baş verib”-hüquq-mühafizə orqanlarındakı mənbə deyib.
 ]
 AzerTaym.az

 






Fikirlər