Bu telefonlar məcburi söndürüləcək

Картинки по запросу samsung galaxy note 7 

“Samsunq” şirkəti ABŞ-dakı bütün "Qaleksi Not 7" (Galaxy Note 7) smartfonlarını məcburi şəkildə söndürəcək. 

 AzerTaym.az xarici mediaya istinadən xəbər verir ki, şirkət xüsusi proqram təminatı tətbiq edəcək və cihazlar yararsız hala düşəcək. Bu proqram smartfonun şarj olunmasını və mobil şəbəkələrə qoşulmasını əngəlləyəcək. Nəticədə smartfon mobil cihaz kimi fəaliyyətini tam itirəcək. Proqram təminatı dekabrın 19-da bütün smartfonlara göndəriləcək.

Xatırladaq ki, sentyabrın əvvəlində “Samsunq” şirkəti alışma və yanma təhlükəsi ilə əlaqədar “Galaxy Note 7” smartfonlarının sahiblərinə müraciət edərək, onları cihazları söndürməyə və başqaları ilə dəyişdirməyə çağırıb. Daha sonra şirkət bu smartfonların satışını və istehsalını dayandırıb. Nəticədə üçüncü rübdə şirkətin gəliri 30 faiz azalıb.






Fikirlər