Bakıya güclü qar yağır - FOTO

Bakıya güclü qar yağmağa başlayıb.

Qar paytaxtın əsasən hündürdə yerləşən ərazilərində, Yasamal rayonunda yağır.
Məlumat üçün bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu gün havanın kəskin dəyişəcəyi, qar yağacağı barədə xəbərdarlıq eləyib.
Bildirilib ki, fevralın 8-i gündüz şimal rayonlarından başlayaraq 11-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-8° aşağı enəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
 
 
 
 
 

 






Fikirlər