DŰNYAnın ən LŰKS HƏBSXANAsı....

Dünyanın ən lüks həbsxanalarından biri Holdendir.

Axar.az xəbər verir ki, 2010-cu ildə tikilən bu həbsxana Norveçdə yerləşir. Norveçin ikinci böyük türməsi olan Holden 252 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulub. Buradakı məhbusların əksəriyyəti qətl, təcavüz kimi ciddi cinayətlər törədib. Bu həbsxananın əsas məqsədi buradakı cinayətkarları normal həyata qaytarmaqdır.

Məhbusların qaldığı hər kamerada yataq, kiçik soyuducu, kitab rəfi, televizor, stol-stul və hətta ayrıca vanna otağı var. Türmədə ümumi mətbəx və nahar üçün zallar, musiqi studiyası, bağça, idman zalı, kitabxana, kompüter zalı fəaliyyət göstərir. Onların burada təhsil alması üçün də hər cür şərait yaradılıb.

Məhbusların gündəlik maaşı 9 dollardır. Holdendəki mühafizəçilər bir qayda olaraq silah və qandal gəzdirmir və onların yarısı qadındır.






Fikirlər