Bakıda "BOMJ" yanaraq kül oldu - VİDEO

Bakıda "bomj" yanaraq kül oldu

Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində meyid aşkarlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, ötən gün saat 21 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsi ev 93-ün zirzəmisində naməlum səbəbdən yanğın baş verib. Nəticədə 15 kvm. sahədə məişət tullantıları yanıb.

Yanğın söndürüldükdən sonra Culfa rayon sakini, tüfeyli həyat tərzi keçirən Zeynal Səfərovun üzərində zorakılıq əlaməti görünməyən və tüstüdən boğulmuş meyiti tapılıb.

AZXEBER.COM dünyasını dəyişən Zeynal Səfərovun videosunu əldə edib. Ürəyi zəif olanlar baxmasın.

Həmin görüntüləri təqdim edirik:

(azxeber)






Fikirlər