Oxu.az-ın baş redaktoru İSTEFA VERDİ

Oxu.az saytının baş redaktoru Seymur Teymurov tutduğu vəzifədən istefa verib. Modern.az-ın məlumatına görə, bu haqda onun özü bildirib:
“Oxu.az-da fəaliyyətimin son günü oldu. Fəaliyyətdə olduğum son iki ildə Oxu.az ölkənin ən populyar saytı olmaqda davam etdi, bir çox uğurlar qazandı. Bu şərəfli işin bir parçası olmaq qürurlu və maraqlı idi. Bu illər ərzində çalışdığım kollektivə, oxucularımıza və həmkarlarımıza təşəkkür edirəm. Yeni layihələrdə görüşənədək!”.






Fikirlər