«Qarabağ» qəzetinin əməkdaşını «Qarabağ» dediyinə görə işdən çıxarıblar. HƏR KƏS SUSUR…!!

 

Bir azdan hər kəs danışacaq.

Son illər özünə hökumətin strateji və sair qollarında, xüsusən informasiya məkanında yer edə bilmiş məlum koonun nümayəndələri aşkarcasına anti Azərbaycan, təslimçilik və anti Qarabağ fəaliyyətlərini genişləndirməkdədirlər. Yuxarı eşalona özlərini güya sədaqətli və iş bilən kimi sırımağı bacaran bu erməni əsillilər, artıq yeni müdafiə üslubu tapıblar: «Ölkə rəhbəri təyin edən məmura qarşı çıxmaq, elə ölkə rəhbərinə qarşı çıxmaq» kimi cəmiyyətə sırınır. Bu adamları, artıq az qala ellikcə bu vəziflərə hansı mərkəz doluşdurub? Öncələr gizli fəaliyyət göstərən «Erməni qadınları komitəsi» deyəsən öz işlərini tam leqallaşdırıblar?

Üstəlik, bu şəbəkələşmə günbəgün güclənməklə Azərbaycanın dövlət maraqlarını tam təhlükəyə atmaqdadır. Bəziləri düşünməsin ki, biz multikultural dəyərlərə asilik edib hər bir ermənini hədəf seçmək niyyətindəyik. Amma uzun illər apardığımız araşdırmalar zmanı 3 nəfər erməni əsilli soydaşımızın Vətən uğrunda şəhid olduqlarını da aşkarladıq. Amma bu faiz nisbətində 0,01% təşkil edir. Ermənilik virusu bəzi xainliklə yoğrulmuşların düşüncəsini elə iflic edib ki, onlar qoynunda yaşadıqları bir məmləkəti hər vəchlə satmağa və dayılarına peş — kəş çəkməyə hazırdılar. «Fədai» qəzeti olaraq Rauf Eyvazov adlı bir xainin prosesində iştirakçı olduğumuza görə bunları hər kəsdən yaxşı bilirik. Bu tip və qarışıq genli adamların sıravi polis nəfərini işə götürərkən 7 arxa dönənini yoxlayan bir ölkədə dövlətin strateji və informasiya yayan qollarına doldurulması ciddi surətdə araşdırılmalıdır. Birinci Qarabağ savaşı haqqında danışan general Ter-Tadevosyan müsahibələrinin birində açıq şərhlə bildirmişdi ki, Azərbaycanın daxilindəki kolonumuz işin və qələbənin 60%-ni həll etdilər.

Bu gün vəziyyət daha qorxuncdur. Çünki bu şəbəkə geniş biznes imkanları və kapitala sahiblik edirlər. Hətta cəmiyyətin yaxşı tanıdığı və məmuriyətiylə Azərbaycan hökumətinin imicinə ciddi zərbələr vurmaqla nüfuzdan salan belə məmurlar araşdırılmalıdır.

Belələrindən birinin etdiyi qanunsuz bir əməl haqqında müharibə əlili İsmayıl Novruzovdan AVMVİB sədrinə müraciət daxil olub. Onun həyat yoldaşı, həmkarımız, Qarabağdan məcburi köçkün olan Əntiqə Rəşid, Qarabağla bağlı sosial şəbəkədə Ali Baş Komandana etdiyi müraciətə görə işdən çıxarılıb. Yəni, belə çıxır ki, bu müraciət Çingiz İsmayılovun xatirinə dəyib. Sizcə niyə?

Sizdən soruşuram, ay ağdamlılar, sizcə Çingiz İsmayılov, niyə Qarabağı istəmir? Axı bu sualın cavabını hamınız yaxşı bilirsiniz. Bu mövzunun nöqtəsi qoyulanadək çox mətləblər xırdalanacaq və bu susqunluğumuzla yurd yerlərimizin murdar düşmənlər tərəfindən işğal edilməsində hər birimizin payı var. Amma bizim döyüş yodaşımızın həyat yoldaşına qarşı bu avantürüst haqsızlığı və ədalətsizliyi ictimai qınaq dəryasında boğanacan yolumuz var. Bizimlə olanlar bizimlə gəlsinlər…

Müharibə əlili İsmayıl Novruzovun AVMVİB-nə etdiyi müraciətin tam mətnini diqqətinizə çatdırırıq:

«Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri cənab Füzuli Rzaquliyevə

Hörmətli Füzulu müəllum, 2 aydan artıqdır ki, ailəmdə, evimdə gərginlik, narahatlıq əsəbilik davam edir. Uzun illərdən bəri səhhətimlə bağlı yaşadığım ağrı-acılar yalan olub, son aylar yaşadıqlarım gerçək. Həyat yoldaşım, ixtisaslı jurnalist uzun illərdir (tam 15 il) “Qarabağ” qəzetində müxbir işləyən Əntiqə Rəşid heç bir əsaslı, tutarlı səbəb göstərilmədən işdən azad edilib. Halbuki o, dəfələrlə müxtəlif müsabiqələrdə iştirak edərək qalib olmuş, diplom və təşəkkürnamələrə layiq görülmüşdür. İşlədiyi müddətdə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid və əlil olanların, veteranların ictimaiyyətə tanıdılması, özlərinin və ailələrinin yaşadığı problemlərin araşdırılması istiqamətində, işğal altında olan yurd yerlərimiz haqqında saysız-hesabsız məqalələr yazmış, bu ağrılı mövzuya istər müxbir kimi, istərsə də vətəndaş kimi çox böyük həssaslıqla yanaşmışdır.

Hörmətli sədr, keçən ilin 3 noyabr tarixində Əntiqə xanım heç bir əxlaq kodeksini, peşə etikasını, müraciət etmə kriteriyalarını pozmadan, əksinə yalvarıcı bir tərzdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edərək işğal altında olan vətəninə, yurduna qayıtmaq arzusunu bildirmiş və bunu özünün facebook hesabından paylaşmışdır. Lakin “Qarabağ” qəzetinin baş redaktoru Çingiz İsmayılov bundan xəbər tutan gündən necə deyərlər, günümüz qaradı. Həmin gün Əntiqəni otağına çağıraraq qəzəblə üstünə bağırmış və təhdid etmişdir ki, sən niyə Prezidentə müraciət etmisən. bu dəqiqə müraciəti sil və facebook səhifəni bağla. Ya bunları et, ya da xüsusi protokolla səni işdən çıxardıram. Yoldaşım, bildirib ki, mən nə öz hesabımdan, etdiyim paylaşımlarda, nə də müraciətdə nə qanunlarımıza, nə Konstitusiyamıza qarşı heç bir əks hərəkət etməmişəm və heç bir zaman da silmərəm. Əməkdaşın israrını görən Ç. İsmayılov cəmi 5 nəfərdən ibarət olan kollektivin dördünü başına yığaraq iclas keçirib, protokol tərtib edib ki, Əntiqə Rəşid icazəsiz mitinqə gedib oradan şəkil çəkib və kiminsə paylaşımında məmurları təhqir edib. Gətirdiyi bəhanələri sübut etmək üçün əlində heç bir dəlil sübut yoxdur. Əgər müxbir yanlışlıq etsə belə, məsələnin həlli işdən çıxarılmaq deyil, başqa çözüm yolları var, ən son həddə hüquq-mühafizə orqanları var. Facebook sosial şəbəkədir, orada fikirlərini ifadə etdiyinə görə kimsə indiyədək nə işdən azad edilib, nə həbs olunub.

Qanun pozuntusu, cinayət nədir bilirsinizmi?! Yoldaşım və qəzetin bütün əməkdaşları indiyədək əmək müqaviləsiz çalışmış, onların əmək hüquqları pozulmuş və uzun illərdi “Qarabağ ” qəzeti vergidən yayınmışdır. Demək Əntiqənin və kollektivin digər üzvlərinində uzun illərdi çalışdığı əmək fəaliyyəti qanuni deyilmiş, heç bir əmək stajı qazanmamışdır. Ç.İsmayılov buna cavab versin, cavab verməsə, biz o cavabı qanunla alacağıq.

Sizə bildirim ki, səhhətimlə bağlı mən çalışa bilmirəm, ailəmizin yeganə dolanacaq yeri yoldaşımın “Qarabağ” qəzetindən aldığı 240 manat maaşla birtəhər keçinir, evladımızı böyüdürdük. Ç. İsmayılov ailəmizi ondan da məhrum etdi. Hələ bu azmış kimi qəzetin müxbiri Zəkurə Quliyevanı öyrədərək hər gün sosial şəbəkələrdən ağılagəlməz təhqir,yalan və böhtanlarla Əntiqəni təhqir elətdirir, aşağılayıcı sözlər işlədir. Guya Ç. İsmayılovun anasının erməni olduğunu Əntiqə yazmışdır. Xeyr, o, heç bir paylaşımında belə bir ifadə işlətməyib. Sadəcə olaraq Ç. İsmayılovu hamı yaxşı tanıyır, xüsusilə ağdamlılar və qəzetin müxbirləri. Yalnız mən həyat yoldaşımı Zəkurənin səviyyəsinə qədər alçalmasına, şər-böhtanlara cavab yazmasına icazə vermirəm. Biz bunun cavabının qanunlarımız və hüquq-mühafizə orqanlarımız tərəfindən verilməsini tələb edirik. İnanın ki, bu təhqiramiz sözlər ailəmizdə, qohum-əqrabalar arasında xoşagəlməz söz-söhbətlərə, narahatlığa səbəb olur, hər gün evimizdə əsəb gərginliyi yaşayırıq.

Çox hörmətli Füzuli müəllim, Sizdən xahiş edirəm ailəmizdə yaşanan bu üzücü gərginliyə son qoyulmasında mənə dəstək olasınız. Baş verən haqsızlığın aradan qaldırılmasında haqqın tərəfində dayanasınız. Bu yardımı Sizin simanızda bütün döyüşçü qardaşlarımdan xahiş edirəm.

Böyük hörmətlə,
İsmayıl Novruzov, Qarabağ müharibəsi əlili».

Jurnalist həmrəyliyi, jurnalistlər yoxa çıxandan göyə çəkilib. Amma bizdə döyüşçülərin bu sahədə həmrəyliyi var. Xüsusən də şair Daşqının dediyi kimi:

«Anan ölsün, ay Vətən, atan ölsün, ay Vətən,
Səni dayılarına satan ölsün, ay Vətən!»-olduqda kimsə kənarda qalmaz və Ç. Ismayılovla qol-qola jurnalist xanımın üzrinə gedən qulbeçələrin halına acıyıram…

P.S. Görürsünüz Sarqsyanla görüşdə necə qəşş edir-FOTO. Hələsi var. Bizi izləyin…

Fedai.az Araşdırma Qrupu

 

На изображении может находиться: 3 человека, костюм






Fikirlər