Pərviz Abdullayevi “Survivor” yarışmasından çıxarmaq İSTƏYİRLƏR

Türkiyənin TV8 kanalında yayımlanan "Survivor 2020" yarışmasında azərbaycanlı iştirakçı Pərviz Abdullayevlə bağlı növbəti hadisə yaşanıb.
Modern.az xəbər verir ki, aprelin 5-də “Ünlülüər” və “Könüllülər” komandaları arasında keçirilən toxunulmazlıq oyununu ikincilər qazanıb.  Nəticədə toxunulmazlığı itirən “Ünlülər” komandası ötən gecə qurulan ada konseyində yarışdan çıxarılmağa namizəd seçməli olublar.
Səsvermə zamanı “Ünlüllər” komandasından 4 səs alan qadın iştirakçı Ezgi və kişilərdən Pərviz Abdullayev yarışdan kənarlaşdırılmağa iki namizəd olub.
Pərvizin adının çıxması TV8-i izələyən tamaşaçılar üçün sürpriz olub və hamını təccübləndirib.
Aprelin 7-də Pərviz və Ezginin yanında daha 2 namizəd müəyyənləşdirməlidir. Həmin gecə  səsvermə nəticəsində ən as SMS toplayan iştirakçı yarışmadan uzaqlaşacaq.






Fikirlər