Milli Məclisin sədri və deputatlar qan verdilər - FOTOLAR

Bu gün Milli Məclisdə qanvermə aksiyası keçirilib.

 Modern.az xəbər verir ki, parlamentin aprelin 17-də keçirilən iclasında Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına Milli Məclis də qoşulub. 

 Sədr çıxışında demişdir: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xeyirxah bir kampaniya başlanmışdır. Xəstə insanlara kömək üçün qanvermə aksiyaları keçirilir. Mən belə düşünürəm ki, Milli Məclis də bu təşəbbüsə qoşulmalıdır. Biz bunun üçün Milli Məclisdə xüsusi yer ayırmışıq və həkim briqadası dəvət etmişik. Aprelin 18-də Milli Məclisin binasında saat 12.00-dan etibarən Milli Məclisin deputatları, Aparatın və İşlər İdarəsinin əməkdaşları könüllü qan verə bilərlər”.

 İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə aprelin 18-də Milli Məclisin Sədri Sahibə xanım Qafarova başda olmaqla  deputatlar və Aparatın əməkdaşları, İşlər idarəsinin işçiləri parlamentdə bu məqsədlə ayrılmış yerə gələrək növbə ilə qan verdilər. Dəvət olunmuş həkim briqadası bu xeyirxah kampaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib.

 Aksiyada iştirak edən KİV nümayəndələri də prosesi işıqlandırmaqla yanaşı Milli Məclisin Sədri Sahibə Qafarovanın çağırışına qoşularaq parlament işçiləri ilə birgə qan veriblər.

 

  Milli Məclisdə qanvermə aksiyası keçirilir (FOTO) - Gallery Image                 Milli Məclisdə qanvermə aksiyası keçirilir (FOTO) - Gallery Image Milli Məclisdə qanvermə aksiyası keçirilir (FOTO) - Gallery Image Milli Məclisdə qanvermə aksiyası keçirilir (FOTO) - Gallery Image       







Fikirlər