Bir aydır görmədikləri övladlarına göz yaşları içində qovuşdular (FOTO/VİDEO)

Bir aydır görmədikləri övladlarına göz yaşları içində qovuşdular

Türkiyənin Osmaniyə şəhərində həkim Vecih Kəklik və tibb bacısı olan xanımı Ayşə Kəklik bir aydır görmədikləri uşaqlarına bu gün qovuşublar.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, İskenderun Dövlət Xəstəxanasında ürək cərrahı olan Vecih Kəklik və həmin xəstəxanada işləyən həyat yoldaşı Ayşe koronavirus epidemiyası səbəbindən 3 yaşlı qızı Elifi və 5 yaşlı oğlu Əlini 1 aydır babasına əmanət ediblər.

Kəklik ailəsi övladlarına 23 aprel Uşaq bayramında sürpriz edərək onları görməyə gəliblər. Analarını görən uşaqların onun saçlarını sığallaması duyğu dolu anlara səbəb olub.

Həmin səhnə bina sakinləri tərəfindən alqışlarla müşayiət olunub.

 


 






Fikirlər