Bu gün Azərbaycanda ŞOK - bir gündə 325 YOLUXMA

"Bu gün növbədənkənar brifinq keçiririk. Buna səbəb də ölkədəki epidemoloji vəziyyətdir".

 Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

 O deyib ki, hətta ölkə Prezidenti İlham Əliyev də maska taxaraq, nümunə göstərdi:

 "Bu gün 325 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər ölüb, 5626 test həyata keçirilib. Ümumi yoluxma 6260-dir, ölənlər 76 nəfər ümumi sağalanlar 3656 nəfərdir. Hazırda 2519 nəfər aktiv xəstədir. Onların yarıdan çoxu Bakıdadır. 96 nəfər reanimasiyadadır, 17 nəfər süni nəfəs aparatına qoşulub".






Fikirlər