TƏBİB sədri: Virus COVID-20, COVID-21-ə çevrilə bilər”

Xəstəliyin qarşısının tamamilə alınması karantin rejimi ilə mümkün olmayacaq.

 Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB)İdarə heyətinin sədri Ramin Bayramlı belə bildirib.

 R.Bayramlı deyib ki, bunun üçün yeganə yol vaksinin tətbiqidir:

"Amma nəzərdən keçirilən vaksinlərin hansının daha effektli olacağı bilinmir. Həmçinin vaksin tapılsa belə, onun hansı müddətdə effektli olacağı dəqiq bilinmir. Yəni virus mutasiyaya uğraya, COVİD-20, COVİD-21 və s. çevrilə bilər. Ümid edirik ki, virus öz-özünə yox olsun". /Modern.az






Fikirlər