Avropa İttifaqı və ÜST-dən Azərbaycana yardım: 160 min maska və 8 min qoruyucu kombinezon göndərildi /FOTOLAR

Avropa İttifaqı və ÜST-nin Avropa üzrə Regional Ofisi Şərq Tərəfdaşlığı ölkələrindəki tibb işçilərini dəstəkləyir.

ÜST-ün Azərbaycan nümayəndəliyindən verilən xəbərə görə, layihə çərçivəsində Azərbaycana 10 000 şəffaf maska, 10 000 qoruyucu maska, 8 000 qoruyucu kombinezon, 140 000 respirator maska gətirilib.

Bu yardım Şərq Tərəfdaşlığı ölkələrinin COVID-19-a qarşı mübarizəsi üçün Aİ-nin 30 milyon avro dəyərində töhfə verdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü”nün tərkib hissəsidir.

/APA/






Fikirlər