Əsas Səhifə > Hadisə > Kooperasiya Universitetinin tələbələrindən prezidentə dəstək
Kooperasiya Universitetinin tələbələrindən prezidentə dəstək6-04-2016, 22:10 |
Bu gün Azərbaycan Kooperasiya Universitetində universitet rəhbərliyi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Ermənistanın ölkəmizə qarşı növbəti uğursuz silahlı təxribatı nəticəsində təmas xəttində baş verən hadisələrlə əlaqədar aprelin 2-də Prezident yanında Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin çıxışına dəstək tədbiri keçirilib. Bu haqda Universitetin mətbuat xidməti məlumat verilib. Tədbiri giriş sözü ilə Universitetin rektoru, Millət Vəkili, professor Eldar Quliyev açıb.<p"> “Mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin qorxu içində geri çəkildiyini və nəticə etibarı ilə işğal altında olan mövqelərin düşməndən azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahibdir”.
Geri qayıt |