Əsas Səhifə > Hadisə > “Meliorasiya və SU Təsərrüfatı” ASC-nin
“Meliorasiya və SU Təsərrüfatı” ASC-nin8-04-2016, 17:30 |
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Samur-Abşeron kanalı İstismar İdarəsi tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və dövlət büdcəsinə ödənilməsi, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğa dair Vergilər Nazirliyi ilə auditi aparılıb. “APA-Economics” palatanın hesabatına istinadən xəbər verir ki, audit nəticəsində müəyyən edilib ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Samur-Abşeron kanalı İstismar İdarəsi tərəfindən Vergi Məcəlləsinin tələblərinə əməl edilməyərək vergitutma məqsədləri üçün mənfəət məbləği ümumilikdə 586,7 min manat dövlət büdcəsinə ödənilməli olan ƏDV 9,3 min manat azaldılıb, vergi tutulan əməliyyatların aparıldığı vaxt düzgün müəyyən edilməyərək 66,6 min manat ƏDV məbləği gec hesablanıb, bu isə hesablanmış ƏDV məbləğinin dövlət büdcəsinə vaxtında ödənilməməsinə səbəb olub. Eyni zamanda idarəsini kənd təsərrüfatı təyinatlı əkin sahələrinin suvarma suyu ilə təmin edilən hissəsində relyefə uyğun olaraq, eləcə də suyun mənbədən Ceyranbatan su anbarına qədər öz axını ilə gəlməsini təmin edən “Taxtakörpü” su anbarının istifadəyə verilməsindən sonra nasos stansiyaları olmadan və elektrik enerjisi nəql edilməsinə baxmayaraq meliorasiya irriqasiya tədbirlərinin müəyyənləşdirilməsi üçün 2014-cü ildə dövlət büdcəsindən proqnozlaşdırılmış vəsaitin 77,5%-ni elektrik enerjisi xərcləri təşkil edib, meliorasiya və irriqasiya tədbirləri üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 1,580 mln. manatı həmin tədbirlərə deyil, əmtəəlik suyun nəql edilməsi üçün sərf edilən enerjisi haqının ödənilməsinə sərfə edilib, satılmış suya görə, debitor borcu 01.01.2012-ci il tarixə nisbətən 3,6 dəfə artaraq 01.01.2015-ci il tarixə 16 mln. 524 min manat olub. İdarənin mərkəzi anbarında 5,5 min manat dəyərində çatışmazlıq aşkar edilib. Kanal daxil olan və kanaldan istehsalçılara verilən suyun miqdarını ölçülməsi üçün müasir ölçü cihazları quraşdırılmayıb, idarənin kommersiya fəaliyyətindən əldə etdiyi vəsait hesabına satınalma keçirilmədən 2012-2013-cü illərdə ümumilikdə 1 mln. 502,1 min manat məbləğində mal-material alınıb.
Geri qayıt |