Əsas Səhifə > Hadisə > ABŞ SƏFİRİ XANIMI ilə
ABŞ SƏFİRİ XANIMI ilə23-04-2016, 22:00 |
Aprelin 23-də ABŞ səfiri və onun həyat yoldaşı xanım Sekuta ABŞ hökumətinın sponsorluq etdiyi FLEX proqramının məzunları ilə birgə Yer Gününü qeyd edib və Abşeron yarımadasında yerləşən çimərlikdə təmizlik işlərini həyata keçirib. “Qafqazinfo” xəbər verir ki, Səfirlikdən virtualaz.org-a verilən məlumata görə, təmizlik işləri yekunlaşandan sonra Səfir Sekuta Abşeron Dövlət Parkına səfər edərək "Parklarda Gəzinti" kampaniyasının startını bəyan etmişdir və kampaniya çərçivəsində gələn il ərzində Azərbaycanın bütün milli parklarına səfər etmək niyyətini bildirib. Səfir Sekuta Ekologiya Nazirinə Azərbaycanın milli parklarına səfər etmək imkanına və parkların işçi heyyətinə sözügegən səfərlərin gerçəkləşməsində yardım etdiklərinə görə təşəkkür edib. Məzunların Çimərlik Təmizləmə tədbiri FLEX proqramının məzunları tərətindən irəli sürülən və hər il baş tutan bir tədbirdir. Sözügedən məzunların əksəriyyəti ABŞ-da orta məktəb və ya universitet tələbələridir ki, onlar amerikan ailələrində yaşayaraq bir il ABŞ-ın orta məktəblərində təhsillərini davam ediblər. Bu ilki Yer Gününün qeyd olunmasında ABŞ-da təhsil almış 25 məzun və ABŞ Səfirliyinin 15 nümayəndəsi iştirak edib.
Geri qayıt |