Əsas Səhifə > Hadisə > Tanınmış JURNALİST
Tanınmış JURNALİST12-05-2016, 15:00 |
Tanınmış jurnalist Yaşar İsakov iki il çalışdığı Ədliyyə Nazirliyi Penitensiar xidmətin mətbuat katibi vəzifəsindən ayrılıb Ölkə.Az-ın məlumatına görə, bu barədə İsakov özü sosial şəbəkədə məlumat verib: "Bu gün 2 il çalışdığım kollektivdən ayrıldım. Müstəqil jurnalist fəaliyyətinə qayıtmaq arzum Penitensiar xidmət rəhbərliyi tərəfindən tam anlayışla qarşılandı. Doğrusu, bu cür təntənə ilə yola salınmağımı gözləmirdim. Hörmətli ədliyyə general-mayoru Hüseyn Əlixanova dərin təşəkkürümü ifadə edirəm. 2 il ərzində bizim aramızda tək rəis-işçi münasibəti yox, həm də dostluq əlaqələri olub". Xatırladaq ki, Yaşar İsakov bundan sonra bir müddət əvvəl fəaliyyətini dondurduğu Press24.az saytını bərpa edərək yenidən fəaliyyət göstərəcəyini bildirib.
Geri qayıt |