Əsas Səhifə > Hadisə > Kərəm Həsənovdan qudasına milyonluq jest:
Kərəm Həsənovdan qudasına milyonluq jest:8-07-2016, 13:10 |
Komitə sədri dövlət əmlakını yaxın qohumuna necə pay etdi? Daşınmaz Əmlak üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı saytımıza ilginc məlumat daxil olub. Məlumatda adı bu vaxta qədər külli miqdarda talançılıqda hallanan komitə sədrinin öz qudasına, daha doğrusu qudasının qardaşına dəyəri bir neçə milyon manat olan nəhəng torpaq sahəsini peşkəş etdiyi ilə bağlı şok informasiya yer alıb. Mənbə cumhuriyyet.az-a K.Həsənovun qudasının qardaşı Mübariz Bayramova pay etdiyi torpaq sahəsinin Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində yerləşdiyini bildirib: “K.Həsənov qudasının qardaşı M.Bayramova Xocasən qəsəbəsi ərazisində 1.1133 hektarlıq torpaq sahəsi bağışlayıb ki, bu torpaq sahəsinin milyonlarla manat məbləğində qiyməti var. Dövlət əmlakını öz dədə malı kimi pay-püş edn komitə sədrinin yaxın qohumuna təqdim etdiyi çıxarışa torpaq sahəsinin təyinatı ilə bağlı yazdığı qeyd isə sözün həqiqi mənasında heyrətvericidir. Belə ki, komitə sədri milyonluq torpaq sahəsinin təyinatı ilə bağlı qeyd hissəsində göstərir ki, bu torpaqdan “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kimi istifadə etmək olar və bu tamamilə qanunidir. Başqa sözlə desək, K.Həsənovun verdiyi çıxarışdan belə məlum olur ki, qudasının qardaşına verilən bu torpaq sahəsindən istənilən cür, istənilən məqsədlə istifadə etmək mümkündür”.
Geri qayıt |