Əsas Səhifə > Hadisə > Füzuli və Cəbrayıl rayonlarının işğalından
Füzuli və Cəbrayıl rayonlarının işğalından23-08-2016, 10:20 |
23 il əvvəl bu gun Azərbaycanın Füzuli və Cəbrayıl rayonları Ermənistan ordusu tərəfindən işğal olunub.
Hər iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. İşğal nəticəsində insanlar öz ata-baba yurdlarından didərgin düşüblər, onların şəxsi mülkləri talan olunub, Azərbaycanın tarixi memarlıq abidələri məhv edilib. Füzuli rayonu ərazisində yerləşən, qədim dövrün mədəni abidələri kimi UNESCO-nun dünya irsi siyahısına düşən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb.
Azıxda aşkar olunan maddi-mədəniyyət nümunələri 1981-ci ildə Parisin İnsan Muzeyində "Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilib. Cəbrayıl rayonunda 14 mindən çox daşınmaz əmlak, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altındadır.
Geri qayıt |