Əsas Səhifə > Hadisə > “Tağı Əhmədovdan maşın istəmişik”
“Tağı Əhmədovdan maşın istəmişik”10-09-2016, 09:43 |
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və nəqliyyat sahələrində təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovla Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov arasında yaşandığı iddia edilən 3 milyon manatlıq qalmaqalın yeni detalları məlum olub. A.Çovdarovun vəkili Sadiq Rəsulov Lent.az-a açıqlamasında ittiham aktında qeyd olunan bu məsələ ilə bağlı bəzi detalları açıqlayıb. Vəkil bildirib ki, A.Çovdarov MTN-in Tağı Əhmədovdan xidməti maşın istəməsini qismən təsdiqləyir: “Ancaq burada söhbət Akif Çovdarovun Tağı Əhmədovdan şəxsən maşın tələb etməsindən getmir. Akif müəllim bildirir ki, MTN müxtəlif zamanlarda, müxtəlif dövlət qurumlarına xidməti maşın alınmasına kömək etmək üçün müraciət edib. Bu müraciətlərin hamısı da nazir müavinlərinin imzası ilə rəsmi yazışma əsasında edilib. Akif müəllim bildirir ki, MTN çox böyük qurum idi və bəzən büdcədən ayrılan vəsaitlə xidməti maşınların alınmasını çatdırmaq olmurdu. Bu zaman da bəzi dövlət qurumlarından kömək istənilib. Bu qurumlardan biri də metropoliten olub. Həmin rəsmi yazışmaya da Tağı Əhmədovdan cavab gəlib ki, belə bir imkanı yoxdur. Bu məsələ də orda bağlanıb. Üstəlik, burada söhbət hansısa 10 ədəd bahalı “Range Rover”dən də getməyib. Sadəcə MTN nazir müavininin imzası ilə xidməti maşın istənilib”. Geri qayıt |