Əsas Səhifə > Hadisə > Milli Məclisin keçmiş sədr müavini Yaşar Əliyev ilk dəfə
Milli Məclisin keçmiş sədr müavini Yaşar Əliyev ilk dəfə19-10-2016, 16:59 |
“Müstəqilliyimizin əldə edilməsi xalqımızın əhval-ruhiyyəsinə çox müsbət təsir etdi. Biz illərdir ki, müstəqilliyə möhtac idik”. Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin keçmiş sədr müavini, Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev 1991-ci ildə müstəqillik elan olunan günün səhəri yaşananlara münasibət bildirərkən deyib. Yaşar Əliyev həmin günləri çox yaxşı xatırladığını da dilə gətirib. “Hər birimiz azadlığa çıxacağımız günü səbirsizliklə gözləyirdik. O zaman millət fədailəri bunun üçün çalışırdı. İndi isə düz 25 ildir ki, dövlət, xalq olaraq müstəqilik. Həmin vaxt mərhum Heydər Əliyevlə müstəqilliklə bağlı söhbətlərimiz olurdu. Hər birimiz buna sevinirdik. Xalqın gözündə sevinc var idi”. Yaşar Əliyev Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsini bitirib. Keçmiş Semaşko (indiki Musa Nağıyev - red.) adına xəstəxanada uzun müddət baş həkim işləyib. O, yeganə deputat olub ki, parlamentdəki mandatını mərhum Heydər Əliyevə təklif edib. Geri qayıt |