Əsas Səhifə > Hadisə > Mərdan Camalov Vidadi Zeynalovun məhkəməsində:
Mərdan Camalov Vidadi Zeynalovun məhkəməsində:4-11-2016, 17:16 |
Yaxın günlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan keçmiş aparat rəhbəri Vidadi Zeynalovun məhkəməsi başlanılacaq. Sabiq aparat rəhbərinin məhkəməsində ölkədə böyük ajiotaj yarada biləcək ifadələrin verilməsi gözlənilir. Bu barədə cumhuriyyet.az-a daxil olan məlumatda deyilir ki, Şirvan şəhər icra hakimiyyətinin başçısı, Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşı Mərdan Camalovun da Vidadi Zeynalovun məhkəməsi ilə bağlı ciddi qalmaqal yaşayacağı gözlənilir, hətta icra başçısının şahid kimi məhkəmədə ifadə verəcəyi də mümkündür. Məsələ ilə bağlı redaksiyamıza çatan məlumatların təhlili onu göstərir ki, icra başçısı ilə bağlı olayda M.Camalovun məsuliyyətə cəlb edilməsi üçün də yetərincə hüquqi əsaslar var. Belə ki, Vidadi Zeynalovun 5 il əvvəl Şirvanda talançılığı üzə çıxdı. Şirvan şəhər telekomunikasiya qovşağında işləmiş adının çəkilməsini istəməyən mənbənin mediaya ötürdüyü məlumata görə, 2011-ci ilin iyul ayında Şirvan telekomnukasiya qovşağından (bütün işçilər bunu təsdiq edə bilərlər çünki hamının gözü qarşısında baş verdi) qiymətli metallardan ibarət qiyməti 500 min manata olan avadanlıqlar çıxarılaraq aparılırdı. Olayla bağlı mənbənin məlumatını cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “Hadisədən xəbər tutan Şirvanın icra hakimiyyətinin başçısı, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalov o vaxt Şirvan polis şöbəsinin rəisi işləyən (hal hazırda Xəzər rayon polis idarəsinin rəisidir) Azər Muradova göstəriş verərək qiymətli avadanlığı aparan yük maşınını tutduraraq polis şöbəsinə aparıb saldırmışdır. Sonra Azər Muradov polislərlə telekamnukasiya qovşağına basqın etdilər. İşçiləri otaqlardan çıxardıb axtarış apardılar. İdarənin rəisi Rəhman Məmmədovu sorğu sual etdilər. Rəhman Məmmədov rabitə və yüksək texnalogiyalar nazirliyinin aparat rəhbəri Vidadi Zeynalova baş verənlər barədə məlumat verdi. Vidadi Zeynalov Şirvanın icra başçısı Mərdan Camalova telefon açaraq çıxarılan avadanlıqların onun olduğunu bildirdi və Vidadi Zeynalov Mərdan Camalova 100 min manat pul göndərdi ki, polis rəisi Azər Muradovla aralarında bölsün. Ondan sonra avadanlıq polisdən çıxarılaraq Bakıya yola salındı”. Geri qayıt |