Əsas Səhifə > Hadisə > Bu gün Azərbaycanda analoq televiziya
Bu gün Azərbaycanda analoq televiziya20-12-2016, 09:25 |
Azərbaycanda bu gündən etibarən son olaraq 14 rayonda analoq televiziya yayımı dayandırılacaq və beləliklə ölkə üzrə tam olaraq rəqəmli TV yayımına keçiləcək. Milli Televiziya və Radio Şurası (MTRŞ) Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov “Report”a bildirib ki, dekabrın 20-dən etibarən analoq yayımı həyata keçirən 330 televiziya ötürücüsünün sonuncuları da söndürüləcək: “Hazırda rəqəmli televiziya yayımını 145 TV ötürücüsü həyata keçirir. Amma bəzi ərazilərdə olan boşluğu aradan qaldırmaq üçün daha 45 ötürücü sifariş olunub. Onlar da quraşdırıldıqdan sonra ötürücülərin say 190-a çatdırılacaq. Bakı şəhərində 18, Abşeronda isə 20 rəqəmli televiziya ötürücsü quraşdırılıb. Quraşdırılan rəqəmli televiziya ötürücüləri əsasən İtaliyadan gətirilib. Bundan başqa Rusiya, Türkiyə, Baltikyanı ölkələr, az sayda olsa da Almaniya və Yaponiya şirkətlərindən də ötürücülər alınıb”.
Geri qayıt |