Əsas Səhifə > Hadisə > "Qaynarinfo.Az"-ın baş redaktoru hədələndi -
"Qaynarinfo.Az"-ın baş redaktoru hədələndi -1-03-2017, 16:48 |
Bir neçə gündür ki, ölkənin aparıcı xəbər portallarından biri olan Qaynarinfo.Az saytının rəhbərliyi naməlum mənbədən xəbərdarlıq məktubları alır. Saytın təsisçisi və Baş redaktoru Zahir Əzəmətin verdiyi xəbərə görə, 26 fevral- Xocalı soyqırımının anım günündən başlayaraq, "Qaynarinfo.Az"-ın idarəetmə panelinə ardıcıl haker müdaxilələri var: "Öncə bunun ermənilər tərəfindən edildiyini düşünüb, ictimailəşdirmədik. Necə də olsa, belə önəmli günlərdə ermənilər tərəfindən haker hücumlarına məruz qalmağımız ilk dəfə deyildi. Amma bu müdaxilələrin sonrakı günlərdə də davam etməsi və saytın idarəetmə panelində azərbaycan dilində, şəxsimə ünvanlı açıq hədələyici mesajların və virus fayllarının yerləşdirilməsi başqa ehtimalları da düşünməyimizə səbəb yaradır". Geri qayıt |