Əsas Səhifə > Hadisə > Elmira Süleymanovanın halı pisləşdi: yaxınlıqdakı insanlar

Elmira Süleymanovanın halı pisləşdi: yaxınlıqdakı insanlar


7-04-2017, 10:39

 

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın yürüş zamanı qəflətən halı pisləşib.

 Cəbhə.info-nun bölgə müxbirinin verdiyi xəbərə görə, E.Süleymanova bu gün Horadiz şəhərində keçirilən “Şəhidlər” abidə kompleksinin açılış mərasimdə iştirak etmək üçün sözügedən bölgəyə səfər edib.

 Mərasim öncəsi şəhər mərkəzində abidə önünə qədər keçirilən “Zəfər yürüşü”nə qatılan Ombudsmanın halı qəflətən pisləşib.

 E.Süleymanovanının tamamən müqavimətini itirdiyini görən ətrafdakı insanlar tez ona yardım ediblər. Qısa müddətdən sonra o, yürüş aksiyasına yenidən qoşulub. Və mərasimdə çıxış edib.AzerTaym.az

 


Geri qayıt