Əsas Səhifə > Hadisə > Dövlət orqanlarında büdcə vəsaitləri necə xərclənir?
Dövlət orqanlarında büdcə vəsaitləri necə xərclənir?10-04-2017, 13:20 |
|||||||||||||||||||||||||||
Hesablama Palatasının 2016-cı ildə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələrinin təhlilləri göstərir ki, ümumilikdə qurumlar tərəfindən müəyyən istiqamətlər üzrə 825 halda nöqsana yol verilib. Bu Hesablama Palatasının 2016-cı il üzrə hesabatında qeyd edilib. Qurumdan saytımıza verilən məlumatda bildirlib ki, büdcə qanunvericiliyinin, mühasibat uçotunun təşkili və hesabatlılığının təmin edilməsi istiqamətində, həmçinin satınalmalar prosesini və əsaslı təmir-tikinti işlərini tənzimləyən normativ-hüquqi aktların tələblərinin pozulması daha çox rast gəlinən nöqsanlardır. "Yol verilmiş nöqsanların məbləğ hissəsinə gəldikdə isə qeyd etməliyik ki, əsaslı təmir-tikinti işləri ilə bağlı nöqsanlar daha böyük çəkiyə malikdir. Belə ki, bu sahədə rast gəlinmiş nöqsan hallarının xüsusi çəkisi ümumi sayda 10,5 faizi təşkil edirsə, nöqsanların məbləğinin 25,8 faizi məhz tikinti ilə bağlı nöqsanların payına düşür”, - Hesablama Palatası bildirib(modern.az).
Təsnifat üzrə nöqsanların sayı və ümumi məbləğdə xüsusi çəkisi, %-lə aşağıdakı cədvəldə qeyd edilib:
Qeyd edək ki, Hesablama Palatasının 2016-cı il üzrə illik hesabatı Milli Məclisin aprelin 14-də keçiriləcək iclasında təqdim edəcək.AzerTaym.az Geri qayıt |