Əsas Səhifə > Hadisə > Əli Kərimlinin müavininin niyə saxlanıldığı bilindi
Əli Kərimlinin müavininin niyə saxlanıldığı bilindi26-05-2017, 12:37 |
Xəbər verildiyi kimi, AXCP sədrinin müavini Gözəl Bayramlı Qazax Gömrük Keçid Məntəqəsində saxlanılıb. Milli Şura üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, gömrük işçiləri Gözəl Bayramlinin çantasından 10 min saxta dollar aşkar etdiklərinə görə, o, saxlanılıb. Az öncə isə o, adı çəkilən idarədən çıxarılıb və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının iştirakı ilə Bakıya gətirilir. Ona cinayət işi açılıb və bu gün məhkəmə önünə çıxarılaraq haqqında həbs qətiimkan tədbiri seçiləcəyi gözlənilir”-deyə O.Gülalıyev məlumat verib. AzerTaym.az Geri qayıt |