Əsas Səhifə > Hadisə > “DOSTLUQ” parkı ərazisini
“DOSTLUQ” parkı ərazisini26-07-2017, 17:56 |
Nizami Rayon Məhkəməsində “Dostluq” parkının ərazisindəki torpaq sahələrinin qanunsuz olaraq alqı-satqısını həyata keçirməkdə təqsirləndirilən 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) sabiq rəisi Famil Quliyevin daha yüngül cəza növü ilə əvəz edilməsi barəsində ərizəsinə baxılıb. “Report”un məlumatına görə, məhkəmə onun barəsində qərarı elan edib. Qərara əsasən, F.Quliyev Məntəqə Tipli Cəza Çəkmə Müəssəsinə keçirilib. Müalicə Müəssisəsində saxlanılan F.Quliyev məhkəmə qərarı qəbul ediləndən sonra azadlığa buraxılıb. Qeyd edək ki, “Dostluq” parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident İlham Əliyev ötən il keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Bundan sonra cinayət işi başlanılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlunu istintaqa cəlb ediblər. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Geri qayıt |