Əsas Səhifə > Hadisə > Las-Veqasda konsert salonunda atışma

Las-Veqasda konsert salonunda atışma


2-10-2017, 11:14

Las-Veqasda kazinolardan birinin yaxınlığında atışma olub.

APA-nın "The Sun” nəşrinə istinadən verdiyi xəbərə görə, "Mandalay Bay Casino"nun konsert salonunda baş verən insident nəticəsində xeyli sayda ölənin olduğu bildirilir. İndiyədək 20-dən artıq şəxs xəstəxanaya çatdırılıb.
İlkin məlumata əsasən, naməlum şəxs kazinoda konsertə gələn şəxslərə atəş açıb. Polisin yaydığı xəbərdarlıqda insanların həmin ərazidən uzaqlaşması xahiş olunub.
Kazinoya yaxın yollarda hərəkət məhdudlaşdırılıb.



 


Geri qayıt