Əsas Səhifə > Hadisə > ATV-də kadr dəyişikliyi

ATV-də kadr dəyişikliyi


13-10-2017, 16:05

Xəbər verdiyimiz kimi, ATV-nin prezidenti Vüqar Qaradağlının işdən çıxarılmasından sonra kanalın idarəçiliyi CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

AzerTaym.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Azər Xəlilov dünən ATV kanalının mühafizə xidmətinin rəisi Azər Hacıyevi vəzifəsindən azad edib. Onu növbə rəisi vəzifəsinə təyin edib.

Azər Xəlilovun digər əmri ilə, ATV-də növbə rəisi vəzifəsində çalışan Rüfət adlı şəxs xidmətin rəisi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Azər Hacıyev bundan əvvəl Lider TV-nin mühafizə xidmətində çalışıb. Vüqar Qaradağlı ATV rəhbərliyinə gəldikdən sonra, ona kanalda mühafizə xidmətinin rəisi vəzifəsi verib.


Geri qayıt