Əsas Səhifə > Hadisə > İŞİD “paytaxtsız” qaldı

İŞİD “paytaxtsız” qaldı


21-10-2017, 09:39

 

REQQAABŞ-ın dəstəklədiyi Suriya qüvvələri İŞİD-in paytaxt elan etdiyi Rəqqanın tam azad edildiyini bəyan edib.

Bu gün şəhərdə təşkil edilən mətbuat konfransında Suriya Demokrat Qüvvələri (SDF) Rəqqanın idarəçiliyini rəsmən yerli rəsmilər və qəbilə başçılarına təhvil verib. “Bizim terrorizm üzərindəki qələbəmiz və Rəqqanın azad edilməsi Suriyada terrorla mübarizənin sonuncu mərhələsidir”, – SDF komandiri Talal Sillo bildirib.

Sillo beynəlxalq ictimaiyyəti və yardım təşkilatlarını şəhərin yenidənqurma və bərpasına yardım göstərməyə çağırıb.

Sillo deyib ki, Rəqqa uğrunda aparılan 4 aylıq mübarizə nəticəsində 655 yerli və xarici döyüşçü həlak olub. Şəhərin geri alınması ələ keçirdiyi əraziləri itirməkdə olan İŞİD-ə qarşı böyük qələbə hesab edilir. İŞİD şəhəri 2014-cü ilin yanvar ayında ələ keçirərək, qəddar idarəçiliyinin episentrinə çevirmişdi. (Strateq.az)


Geri qayıt