Əsas Səhifə > Hadisə > Sabunçuda yol-nəqliyyat hadisəsi baş verib,

Sabunçuda yol-nəqliyyat hadisəsi baş verib,


10-11-2017, 08:04

Bakıda minik avtomobili orta yaşlı kişini vuraraq ərazidən uzaqlaşıb.
"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda baş verib.

Bakıxanov qəsəbəsində 1964-cü il təvəllüdlü Bədəlov Zaur Dilənçi oğlu yolu keçərkən onu avtomobil vurub. Hadisəni törədən şəxs maşını ilə birlikdə ərazidən uzaqlaşıb.

Yaralı xəstəxanaya yerləşdirilb. Fakt araşdırılır.


Geri qayıt