Əsas Səhifə > Hadisə > Dövlət Agentliyinin ƏMƏKDALARI QƏZAYA DÜŞDÜ, ölən və
Dövlət Agentliyinin ƏMƏKDALARI QƏZAYA DÜŞDÜ, ölən və24-11-2017, 15:07 |
Ağdaş rayonunda Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var. Hadisə zamanı sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb, digər qadın sərnişin isə ölüb. Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırıldığından o, Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır. *** Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib. "Toyota Prado" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (report) Geri qayıt |