Əsas Səhifə > Hadisə > Dünya ictimaiyyətinİn

Dünya ictimaiyyətinİn


11-12-2017, 09:09

Image result for TƏRTƏR

Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin, həmçinin kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin Tərtər rayonuna səfəri təşkil olunub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində diplomatlar və KİV nümayəndələri Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış kompleksi və orada yaradılmış şəraitlə, həmçinin Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən, yenidən bərpa olunmuş “Marağa-150” abidəsi ilə yerində tanış olacaqlar.

AzerTaym.az


Geri qayıt