Əsas Səhifə > Hadisə > ƏFQAN Muxtarlının ailəsində BÖYÜK FACİƏ
ƏFQAN Muxtarlının ailəsində BÖYÜK FACİƏ31-12-2017, 16:16 |
Həbsdə olan jurnalist Əfqan Muxtarlının bacısı və uşaqları həlak olub. “AzerTaym.az” APA-ya istinadən xəbər verir ki, hadisə Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verib. Həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N. Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib. İlkin ehtimala görə, ana və iki övladı dəm qazından zəhərlənib. Geri qayıt |