Əsas Səhifə > Hadisə > Orqan Ticarətilə Baglı Yeni FAKTLAR - “Bu cür klinikaları
Orqan Ticarətilə Baglı Yeni FAKTLAR - “Bu cür klinikaları10-01-2018, 15:22 |
İnsan orqanlarının qara bazarda satışının arxasında duran Israil vətəndaşı Kiprdə həbs edilib Dünyanın ən amansız və qaranlıq ticarət sahələrindən biri də insan orqanlarının alveri və nəqlidir. Öz sağlamlıqlarını hər şeydən üstün tutan bir qism insanlar, xüsusilə də onların ən imkanlıları, orqan nəqlinə ehtiyac duyurlar. Onların bu istəkləri tez bir zamanda qaranlıq təşkilatlar, cinayət şəbəkələri və bu işin içində olan həkimlər tərəfindən yerinə yetirilir. “2008-ci ilin noyabrında Yılmaz Altun adlı türk vətəndaşı Priştina (Kosovo) aeroportunda öz reysini gözləyərkən qəfildən huşunu itirərək yerə yıxılır. Özünü olduqca pis hiss edən gənc adamı yoxlayan Kosovo həkimləri onun qarnında yeni açılmış yara izlərini aşkar edirlər. Daha sonra Yılmaz Altunun sol böyrəyinin olmadığı aşkar edilir. Altun polisə ölkədəki “Medikus” adlı klinikada böyrək donoru olduğunu boynuna alır. İstanbuldakı bu işdə ona vasitəçilik edən şəxs gənc türkə külli miqdarda pul vəd edibmiş.
Hələ də bir çox ölkələr tərəfindən tanınmayan Balkan ölkəsində baş verən bu hadisə orqan ticarəti ilə bağlı beynəlxalq “qara bazar” haqqında aparılan geniş miqyaslı təhqiqatda yıxılan ilk domino daşlarından biridir. İqtisadi vəziyyətlərindən dolayı ümidsiz vəziyyətdə qalan və əsasən Türkiyə və keçmiş SSRİ-dən çıxan donorlar öz orqanlarını qurban verməyə məcbur olurlar. Avropa Birliyi hüquq-mühafizə missiyasının Kosovodakı prokuroru Conatan Reytel bunu kasıbların və ehiyacı olanların istismarı adandırıb. “Bu yoxsul insanların qəddarlıqla biçilməsidir”,-deyə o söyləyib.
Təhqiqata baxmayaraq, “Medikus “əməliyyatının əsas iştirakçıları keçən həftəyə qədər ədalət mühakiməsindən yayınmağa müvəffəq olubar. Keçən həftənin cümə günü isə Priştina polisi İsrail vətəndaşı Moşe Harel adlı birisinin Kiprdə həbs edildiyini bildirib.
“Donorları tapan vasitəçi olaraq adlandırılan Harel özü 2010-cu ildən bəri İnterpol tərəfindən insan alveri və sağlamlığa qəsdən ağır zərər vurma cinayətlərindən axtarışa verilibmiş. Moşe Harel hazırda Rusiyada da axtarışa verilən canilərdən biri sayılır. “The Guardian” qəzetinin məlumatına əsasən “Medikus”, məşhur Kosovo cərrahı Lütfi Dərvişi və onun oğlu Alban Dərvişi tərəfindən idarə olunub. Donorların bədəndən çıxarılması əməliyyatı isə “Quzğun doktor” ləqəbli Yusif Ersin Sönməz tərəfindən həyata keçirilib.
“Medikus” Sönməz, Harel və başqlarının idarə etdiyi klinikalar şəbəkəsindən biridir. Biz bu cür klinikaları Azərbaycan və digər yerərdə təsbit etmişik. Onlardan birinin Cənubi Afrika Respublikasında da aşkar olunacağına ümid bəsləyirik”, -prokuror Conatan Reytel hələ 2013-cü ildə bildirmişdi. Kipr məhkəməsinin müəyyən etdiyinə görə, böyrəyi alınan insanlara olduqca cüzi miqdarda, yəni hər böyrəyə görə cəmi 10 min dollar pul verilibmiş.
Geri qayıt |