Əsas Səhifə > Hadisə > Nazir və deputatların
Nazir və deputatların19-01-2018, 09:33 |
Bakının Murtuza Muxtarov (keçmiş Poluxin) küçəsi, 41 ünvanında yerləşən, özü də təkcə köhnə bakılıların deyil, nazir və deputatların da istirahət etməyi sevdiyi məşhur "Qasımbəy hamamı"nın 2018-ci ilin martında 140 yaşı tamam olacaq. “Qafqazinfo” “Sputnik Azərbaycan”a istinadən Keçmiş zamanlarda Bakıda belə hamamların sayı çox olub, çünki onda kanalizasiya və su sistemləri hər evdə olmayıb. Bu indidir ki, biz səhərlər duş qəbul edib işə qaçırıq. “Qasımbəy hamamı"nın isə başqalarından fərqli olaraq bəxti gətirib. Çünki sahibləri onun mövcudluğunu qorumaq üçün mümkün olan hər şey ediblər. Hamam Azərbaycan Respublikası ərazisində dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələrinin siyahısındadır. O, Bakı hamamları arasında ikinci ən məşhur hamam sayılır. Çünki bu hamamdan indiyə qədər də azərbaycanlılar və turistlər istifadə edir. Bununla əlaqədar olaraq, "Qasımbəy hamamı"nın rəhbərliyi 2018-ci ildə onun 140 illik yubileyini yüksək səviyyədə qeyd etmək niyyətindədir. Bu yubiley mərasiminə yerli məşhurların da dəvət edilməsi planlaşdırılıb. Hamamın sahibi deyir ki, "Qasımbəy hamamı" 1878-ci ildə o zamanların məşhur milyonçusu, mesenat Qasım bəy tərəfindən tikdirilib və hamam elə onun adını daşıyır. Müəssisə rəhbərinin sözlərinə görə, hamamın binası sənədlərdə göstəriləndən daha qədimdir. Hazırda o, hamam binasının tarixini ətraflı öyrənməklə məşğuldur ki, onun inşa edildiyi ili dəqiq müəyyənləşdirsin. Mülkiyyətçinin sözlərinə görə, o dövrlərdə islam qaydalarına əsasən məscidlərin yaxınlığında hamam da tikilməli idi ki, inanclı insanlar ibadətdən əvvəl yuyuna və dəstəmaz ala bilsinlər. Bununla əlaqədar olaraq, Qasım bəy əvvəlcə məscid tikdirib, sonra isə onun yanında Bakı sakinləri arasında çox populyar olan hamamı inşa etdirib. Direktor qeyd edib ki, təmir zamanı köhnə hamamın yarandığı gündən burada olan bir sıra əşyalarını qoruyub saxlamağa çalışıblar. Misal üçün hazırda böyük qiyməti olan mebel və rəsmlər hamamda qalır. Amma direktorun onlardan ayrılmaq fikri yoxdur. O, həmçinin qeyd edib ki, təmir hamamın qədim ruhunu qoruyub saxlamaq üçün köhnə stildə aparılıb.
Geri qayıt |