Əsas Səhifə > Hadisə > Bakı metrosunda
Bakı metrosunda31-01-2018, 10:35 |
13 saylı marşrut üzrə hərəkət edən qatar nasazlıq səbəbindən depoya göndərilib. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, həmin qatarın yerinə xətdə başqa qatar buraxılıb: “Qatarlararası interval artıb. Həmçinin pik saat olduğundan stansiyalarda sərnişin sıxlığı yaranıb. Bakı Metropoliteni yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir”. N.Paşayev deyib ki, hazırda intervalın bərpa edilməsinə çalışılır. AzerTaym.az Geri qayıt |