Əsas Səhifə > Hadisə > Bakıda köməksiz qalan

Bakıda köməksiz qalan


7-02-2018, 09:15

Bakının Qaradağ rayonunda köməksiz qalan 1 nəfər azyaşlı xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində evdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin qapısının açılmasını təmin edib.

Əməliyyat başa çatıb.​
AzerTaym.az

Geri qayıt