Əsas Səhifə > Hadisə > AVTOVAĞZALdakı TİCARƏT mərkəzində

AVTOVAĞZALdakı TİCARƏT mərkəzində


2-04-2018, 09:26

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, 2000-ci il təvəllüdlü Astara rayon sakini Ağazadə Şəbnəm Əhməd qızı günorta saatlarında özünü "Avtovağzal" ticarət mərkəzinin üçüncü mərtəbəsindən yerə atıb.

Yaralı açıq kəllə-beyin travması alıb. O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qız ticarət mərkəzində satıcı kimi fəaliyyət göstərir. Hadisə iş vaxtı baş verib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


Geri qayıt