Əsas Səhifə > Hadisə > DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİ

DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİ


24-04-2018, 09:44

gomruk-komitesi

Sumqayıt şəhərində qətl hadisəsi törədilib.

Report”un yerli bürosu xəbər verir ki, hadisə Abşeron-Sumqayıt ərazisini birləşdirən Saray qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.

Abşeron rayon Saray qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlu naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs Reanimasiya şöbəsində dünyasını dəyişib.

Sücayət Əsgərov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt