Əsas Səhifə > Hadisə > 273 NÖMRƏLİ MƏKTƏBDƏ YANĞIN

273 NÖMRƏLİ MƏKTƏBDƏ YANĞIN


10-05-2018, 15:29

Mayın 10-da saat 13:05 radələrində Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə yanğın hadisəsi qeydə alınıb.

AzerTaym.az xəbər verir ki, yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib. Məktəbdən şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da hadisə yerində olub. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində baş verib. Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.


Geri qayıt