Əsas Səhifə > Hadisə > AZƏRBAYCANDA QAÇQIN və MƏCBURİ

AZƏRBAYCANDA QAÇQIN və MƏCBURİ


15-05-2018, 11:55

Azərbaycanda qaçqın və məcburi köçkünlər AKSİYA EDİR - Evləri ÇÖKƏ BİLƏR - VİDEO+FOTOLAR

Bu gün yeni təyin edilən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qəbul günüdür.

Komitənin qarşısında qaçqın və məcburi köçkünlər aksiya edir.

100-dən çox məcburi köçkün aksiyada iştirak edir. Onlar bildirir ki, hazırda yaşadıqları mənzillər qəzalı vəziyyətdədir və hər an çökə bilər. Yaşadıqları binaya baxış keçirilsə də, köçürülmə ilə bağlı bir söz deyən yoxdur. Onlar bu gün köçürülmələri ilə bağlı məlumat almağa gəliblər.

AzerTaym.az bildirir ki, BiG.AZ-ın hadisə yerində iştirak edən əməkdaşının verdiyi məlumata görə, əraziyə xeyili saylı polis cəlb olunub. Aksiya iştirakçıları içəri buraxılmır. Polislərlə məcburi köçkünlər arasında gərginlik yaşanır. Komitə sədrinin qəbuluna düşmək istəyən xeyli sayda məcburi köçkün var.

Azərbaycanda qaçqın və məcburi köçkünlər AKSİYA EDİR - Evləri ÇÖKƏ BİLƏR - VİDEO+FOTOLARAzərbaycanda qaçqın və məcburi köçkünlər AKSİYA EDİR - Evləri ÇÖKƏ BİLƏR - VİDEO+FOTOLARAzərbaycanda qaçqın və məcburi köçkünlər AKSİYA EDİR - Evləri ÇÖKƏ BİLƏR - VİDEO+FOTOLAR

 


Geri qayıt