Əsas Səhifə > Hadisə > AZƏRBAYCANDA MÜƏLLİM “Son zəng”

AZƏRBAYCANDA MÜƏLLİM “Son zəng”


14-06-2018, 15:18

Azərbaycanda müəllim “Son zəng” zamanı öldü

 

Tovuzda “Son zəng” tədbirində ölüm hadisəsi baş verib.
 
 APA-nın verdiyi məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən “Son zəng” tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.
 
Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
 
Məlumata görə, N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.


Geri qayıt