Əsas Səhifə > Hadisə > BAKIDA "DİNDAR" BİZNESMENLƏRİN QANLI DAVASI

BAKIDA "DİNDAR" BİZNESMENLƏRİN QANLI DAVASI


19-06-2018, 12:23

 Dava bir neçə gün əvvəl Nərimanov rayonu ərazisində baş verib və İran vətəndaşı bıçaqlanıb. Hadisə şahidlərinin Criminal.az saytına verdiyi məlumata görə, dava edən şəxslər həmin ərazidə ətir biznesi ilə məşğul olurlar.

Onların mübahisəsi qiymətin baha olması üstündə yaranıb. Daha sonra mübahisə əlbəyaxa davaya keçib. Dava edən şəxslərdən biri qaçaraq maşınında bıçağı götürüb və qarşısına çıxan şəxsə xəsarət yetirir.

Nərimanov Rayon Polis İdarəsindən Criminal.az saytına verilən məlumata görə, dava plastik ətriyyat qabları istehsal edən sexin qarşısında baş verib. Dava edənləri sakitləşdirmək istəyən iranlıya bıçaq xəsarəti yetirilib.
Hazırda iranlını bıçaqlayan şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri görülür.

 

 


Geri qayıt