Əsas Səhifə > Hadisə > AZƏRBAYCANDA universitet

AZƏRBAYCANDA universitet


21-06-2018, 17:08

Azərbaycanda universitet binası uçdu

Bu gün günorta saatlarında Sumqayıt Dövlət Universitetinin tədris binası çöküb.

Universitetinin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilovanın Publika.az-a verdiyi məlumata görə, hadisə nəticəsində binanın girişi yararsız vəziyyətə düşüb: “Bu gün saat 15:30–da universitetin əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavan çöküb, yararsız vəziyyətə düşüb. Öncə əmələ gələn çatları nəzərə alaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə barədə müvafiq strukturlara məlumat verilib”.


Geri qayıt